Xəbər Lenti

Digər Xəbərlər

2014-ün proqnozu: At ili insanlara nə gətirəcək?

Oxunma: 392

08-12-13, 21:20

Yazar: Carçı.Az

 
 
2014-ün proqnozu: At ili insanlara nə gətirəcək?

Yeni ilə artıq sayılı günlər qalıb. Şərq təqviminə görə, 2014-cü il At ilidir. Bəs At ili nələr vəd edir?


Carçı.az - Şərq ulduz falına əsasən, 2014-cü il göy atların ili olacaq. Astroloqların sözlərinə görə, növbəti 365 gün dinamik, il olacaq. 2014 sevgi, qısqanclıq ilidir. Xüsusilə sonsuzadək sürəcək emosional sevgi.  Kimisə maliyyə problemləri gözləyir, kimsə iş yerini daha yaxşısı ilə əvəz edəcək. Yeri gəlmişkən, il ərzində əsassız xərclərdən çəkinməklə maliyyə problemlərindən qaçmaq olar.


Səyahət etməyi sevənlərin də 2014-cü ildə öz turizm arzularını reallaşdırmağa şansı olacaq.


At ilində doğulanlar, həmçinin yaradıcı, qeyri-adi şəxsiyyətlər üçün bu il xüsusilə rahat keçəcək. Ancaq bu insanlar öyünməməlidirlər. Çünki “At” tezliklə onlara istiqamətlənib yeni xəbərlərlə gələcək. Atlar hiyləgərliyi, qeyri-səmimiliyi, haqsızlığı sevmirlər.


2014-cü ildə ən yaxşı talisman göy, taxta at və nal ola bilər. Bir şərtlə ki, insanlar həqiqətən, onların gücünə inansınlar.At ilinin baş ünsürü sudur. Baxmayaraq ki, atalar “At muraddır” deyiblər, astoloqlar 2014-cü ilin insanlara qeyri-stabillik gətirəcəyini proqnozlaşdırırlar. Buna görə də onlar insanları plan əsasında hərəkət etməyə, ehtiyatlı olmağa çağırıblar.

Şərhlər

Köşə Yazıları

Kitab Evi

Facebook